AZ

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.   Manset.az  APA-ya istinadən bildirir ki, bu barədə şəhərin meri Mixail Razvojayev Teleqram kanalında məlumat verib. "Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın səhifələrində çoxlu məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib", - Razvojayev qeyd edib. Şəhər merinin sözlərinə görə, pilot katapult həyata keçirib. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, pilotun həyatı üçün təhlükə yoxdur.

Şəhərdə dənizlə sərnişin daşımaları dayandırılıb.

Seçilən
61
6
Mənbələr
Şərh ()
Bağla