AZ

İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara səyahət xəbərdarlığı edib

İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara səyahət xəbərdarlığı edib.

Aznews.az "Times of Israel"ə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurası İsrail vətəndaşlarını Türkiyə, Mərakeş, İordaniya və Misirə səfərlərdən çəkinməyə çağırıb.

Milli Təhlükəsizlik Şurasının rəsmisi deyib ki, məhz bu dörd ölkə "hazırda qaçınılması lazım olan istiqamətlərdir".

Misir üçün xəbərdarlıq Pasxa bayramında səyahət edən israillilər üçün məşhur tətil yeri olan Sinay yarımadasını əhatə edir. İsrail rəsmisi bildirib ki, onun ölkəsi Misirlə sərhəd-keçid məntəqəsini bağlamağı düşünmür, lakin konkret təhdid halında bunu edəcək.

Rəsmi, həmçinin may ayında "Eurovision-2024" mahnı müsabiqəsi üçün İsveçə səfər edən israillilərə kimliklərini gizlətmək üçün səy göstərməyə çağırıb.

Seçilən
57
3
Mənbələr
Şərh ()
Bağla