AZ

Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO

Alimlər qalaktikamızın mərkəzində yerləşən qara dəliyin yeni yüksəkkeyfiyyətli şəklini təqdim ediblər.
 
Bildirilir ki, Süd yolu qalaktikasının mərkəzində yerləşən superkütləli Sagittarius A*-nın (Oxatan A*) görüntüsünü “Event Horizon” teleskopu (EHT) çəkib.
 
Kadrda qara dəliyin ətrafındakı maqnit sahələri də əks olunub.
 
Qeyd edək ki, alimlərin ilk dəfə 2022-ci ilin mayında görüntüsünü əldə etdikləri Sagittarius A* qara dəliyinin Günəşdən 6,5 milyard dəfə böyük olduğu hesablanıb.
 
Seçilən
86
7
Mənbələr
Şərh ()
Bağla