AZ

Premyer Liqa: 28-ci turun 4 matçının hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

AFFA Hakimlər Komitəsi 4 oyunu idarə edəcək hakimləri müəyyənləşdirib. Yalnız “Sumqayıt” – “Araz Naxçıvan” matçının təyinatları daha sonra açıqlanacaq.

Sabah keçiriləcək “Qəbələ” – “Neftçi” matçını Cavid Cəlilov idarə edəcək. Eyni günə təsadüf edəcək “Kəpəz” – “Qarabağ” oyunu isə Rauf Cabbarova tapşırılıb.

Bazar gününə nəzərdə tutulmuş “Səbail” – “Turan Tovuz” qarşılaşmasında Rəvan Həmzəzadə söz sahibi olacaq. Eyni gündə baş tutacaq “Sabah” – “Zirə” oyunu isə Elçin Məsiyevə həvalə olunub.

Premyer Liqa
28-ci tur
29 mart

16:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

30 mart

16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Bayıl Arena”.

19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Masazır Arena”.

31 mart

18:00. Sumqayıt – Araz Naxçıvan
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
74
6
Mənbələr
Şərh ()
Bağla