AZ

Banklar sahibkarlara “yaşıl kredit”lər təklif edirlər

COP29 çərçivəsində Azərbaycanda “yaşıl kredit” siyasəti həyata keçiriləcək. Bu barədə “vergiler.az”a “Unibank”ın filial rəhbəri Turan Xəlilov məlumat verib. Onun sözlərinə görə, dövriyyələrini rəsmiləşdirən, şəffaf qaydada fəaliyyət göstərən sahibkarlara “yaşıl kredit”lərin ayrılması nəzərdə tutulub: “Tam şəffaf fəaliyyət göstərən sahibkarlara uyğun məhsulların hazırlanması, maliyyə dəstəyi göstərilməsi istiqamətində addımlar atılacaq. Kredit əldə etmək üçün əsas şərtşəffaf işləməkdir”.

T.Xəlilov seqmentlərə bölünmədən bütün sahələrə “yaşıl kredit”lərin ayrıldığını bildirib: “Son illər Azərbaycanda “kölgə iqtisadiyyatı”nın həcmi əhəmiyyətli dərəcədə azalıb. Sahibkarlar rəsmi dövriyyələrə, eləcə də bank məhsullarına daha çox üstünlük verirlər. Onlar rəsmi dövriyyə aparmaqla əlavə maliyyə alətlərindən istifadə edə biləcəklər. Əgər bir şirkət böyümək istəyirsə, mütləq şəkildə ona maliyyə dəstəyi lazımdır”.

T.Xəlilovun sözlərinə görə, rəsmi dövriyyəsi olan müştərilər banklardan aşağı tariflərlə kredit və xidmət ala bilirlər. Eyni zamanda, debitor borclarının qaytarılması, əmək haqlarının ödənilməsi və s. kimi çətinlikləri yarandıqda onlara qısamüddətli kreditlər təklif olunur. Bundan əlavə, POS-terminaldan istifadə edən şirkətlərə son 6 ayın dövriyyəsi həcmində kreditlər verilir.

Bankların kredit faizləri və xidmət haqlarının yüksək olmasından narazılığa gəlincə, məsələyə münasibət bildirən T.Xəlilov bankların faizlərə fərdi qaydada baxa bildiyini deyib: “Bankların ayırdıqları kreditlərin maya dəyəri var. Çünki onlar da maliyyə resusrlarını vətəndaşlardan, maliyyə institutlarından, Mərkəzi Bankdan cəlb edirlər. Bu halda, istər-istəməz, bankın xərcləri yaranır. Buna baxmayaraq, biz sahibkarların müraciətlərinə fərdi qaydada yanaşırıq. Əgər şirkətin rəsmi dövriyyəsi varsa, bank burada qeyri-faiz gəlirlərini kompensasiya edə, daha ucuz tariflərlə xidmət göstərə bilir. Bu gün banklar arasında ciddi rəqabət olduğundan, onlar daha çox müştəri cəlb etməkdə maraqlıdırlar. Buna görə də tariflərdə müştəriləri qane etməyə çalışırlar”.

Fərqanə Allahverdiqızı

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17002
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14963
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10458
Səidə Sultan klipi üçün lüt soyundu
10422
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9393
Faiq Sadıqov
9199
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6004
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5938
Gənc aparıcı vəfat etdi - FOTO
5740
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5465
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5420
10 yaşlı uşağın faciəvi ölümü
5401
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4944
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4289
Ruslan Müşfiqabadlının anası vəfat edib
3834
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3395
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3250
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3146