AZ

Mərkəzi Bank uçot dərəcəsini endirib

Mərkəzi

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75 faizdən 7,5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8,75 faizdən 8,5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması barədə qərar qəbul edib.

1news.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib”, - deyə məlumatda bildirilir.

Seçilən
78
10
Mənbələr
Şərh ()
Bağla