Terrorçulardan qaçmaq istəyən insanlar evakuasiya üçün deyil, işçilər üçün nəzərdə tutulmuş bağlı qapılara rast gəliblər.
Publika.az Unikal-a istinadən xəbər verir ki, bunu "Krokus Siti Holl" konsert zalının sahibi Emin Ağalarov deyib.
O, qəza çıxışlarının normal qaydada işlədiyini vurğulayıb:
"Zalda tüstü sistemləri mütləq şəkildə işləyirdi. Kadrlarda görürük ki, yanğın artıq baş verəndə zal dumanda deyildi, yəni görmə qabiliyyəti qorunurdu. Damda nəhəng blok var".