AZ

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar olaraq 20 – 26 mart tarixlərindənövbəli iş qrafiki əsasında işləyən “Azərpoçt” 400 mindən çoxvətəndaşa xidmət göstərib.

"Azərpoçt"dan Trend-ə bildirilib ki, Bakı şəhəri üzrə poçt,maliyyə və digər xidmətlərdən faydalanan vətəndaşların sayı 28,714,regionlarda isə 369,730 nəfər təşkil edib.

"Bundan əlavə, ölkədəki bir sıra karqo şirkətlərinə daşımaxidməti göstərən “Azərpoçt” bu sahədə də aktiv şəkildə fəaliyyətgöstərib. Belə ki, elektron kommersiya üzrə 20 minə yaxın əməliyyaticra olunub. Onu da qeyd etməliyik ki, ölkə üzrə çatdırılan onlaynsifarişlərin 70 faizdən çoxu regionların payına düşür. Bu da“Azərpoçt”un regionlardakı xidmətin keyfiyyətini qaldırması iləbirbaşa düz mütənasibdir.

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti geniş poçt şəbəkəsi iləəhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrəxidmətlər, elektron ödənişlər, sığorta və digər bu kimiqeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət vəpərakəndə biznes xidmətlərini təqdim edir", - qurumdan qeydolunub.

Seçilən
22
8
Mənbələr
Şərh ()
Bağla