AZ

DİM daxili müsahibələr barədə məlumat yayıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir.

 

AzEdu.az xəbər verir ki, daxili müsahibədə iştirak etmək istəyən namizədlər 28 mart 2024-cü il tarixindən 15 aprel 2024-cü il saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

 

28 mart 2024-cü il tarixində 18 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan 41 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

 

Daxili müsahibə elan edilən vəzifələrin 3-ü inzibati vəzifələrin üçüncü təsnifatına, 13-ü dördüncü təsnifatına, 7-si beşinci təsnifatına, 5-i altıncı təsnifatına və 13-ü yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (7 vəzifə) tərəfindən təqdim olunub.  Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında İqtisadiyyat şöbəsinin müdiri və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatında Ümumi şöbənin müdiri vəzifələridir.

 

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 4-ü Naxçıvan Muxtar Respublikasının 4 dövlət orqanı, 4-ü isə 3 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

 

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

 

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

 

1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər;

 

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 28 mart 2024-cü il tarixindən 15 aprel 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

 

Seçilən
57
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25769
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16732
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
15864
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13905
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
11622
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11311
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10731
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10494
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9972
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9278
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7096
Səidə Sultan klipi üçün lüt soyundu
7015
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6122
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5885
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5516
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5105
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4693
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4503
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4134