Estoniya polisi Baltnews.com internet nəşri üçün məqalələr yazan və fotoşəkillər çəkən jurnalist Svetlana Burtsevanı həbs edib.
32gun.az xəbər verir ki, bu barədə Eesti Ekspress məlumat yayıb .
Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları Burtsevanı beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilirlər. Tallinndə yaşayan Estoniya vətəndaşı Avropa İttifaqının sanksiyaları altında olan Baltnews.com internet nəşri üçün məqalələr yazıb və fotoşəkillər çəkib .
Nəşr vurğulayır ki, martın 27-də jurnalist “Estoniya Respublikasına qarşı münasibətlər” maddəsi ilə əlavə şübhə ilə ittiham olunub.
Estoniya prokurorluğu Burtsevanın həbsi üçün fevralın 29-da sorğu göndərib və Harju Dairə Məhkəməsi onu martın 1-də həbs edib. Bu, onun yeni cinayətlər törətməsinin və bəlkə də ölkəni tərk etməsinin qarşısını almaq üçün edilib.
Ayxan
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta