AZ

Sumqayıtda xəstəxananın həyətində körpə meyiti tapılıb

Prokurorluq Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyitinin tapılması faktını araşdırır.

Avtosfer.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

*** 17.24

Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.

APA-nın xəbərinə görə, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.

Meyit ərazidən götürülərək təhvil verilib.

Seçilən
112
34
Mənbələr
Şərh ()
Bağla