AZ

Bu il Azərbaycana elektromobil idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana ötən 2 ayda elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 541 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, yanvar-fevral aylarında ölkənin elektromobil idxalının dəyəri isə 22 milyon 852 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 319 ədəd, dəyər ifadəsində isə 2,5 dəfə artıb.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 222, dəyəri isə 9,3 milyon dollar təşkil edib.  Ən sərfəli kredit üçün müraciət et



Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Seçilən
116
9
Mənbələr
Şərh ()
Bağla