AZ

Ukrayna Dünya Bankının proqramı çərçivəsində 1,5 milyard dollar alacaq

Ukrayna Dünya Bankının proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1,5 milyard dollar alacaq.

Bu barədə baş nazir Denis Şmıqal məlumat verib.

“Dünya Bankının Direktorlar Şurası inkişaf siyasətinə dəstək üçün kreditin bir hissəsi kimi Ukraynaya 1,5 milyard dollar ayrılması qərarını təsdiqləyib. Bunun 984 milyon dolları Yaponiyadan, 516 milyon dolları isə Böyük Britaniyadan gələcək”, - o, Teleqram kanalında yazıb.

Şmıqal bildirib ki, Kiyev rejimi bu vəsaiti martın sonuna qədər ala biləcək. O qeyd edib ki, bu pullar sosial və humanitar məqsədlərə, eləcə də ölkədəki obyektlərin bərpasına sərf olunacaq.

Seçilən
273
50
aznews.az

10Mənbələr