AZ

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ (VİDEO)

Bakı. Trend:

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətəkönüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulunabaşlanılır.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumatyayıb.

Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunlamüəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30yaşınadək hərbi vəzifəlilər mart ayının 27-dən aprel ayının 26-dəkAzərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərənqəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularınınhazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlarqəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqdərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyininmüvafiq tibb müəssisələrinə göndərilir. Hərbi HəkimKomissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesabedilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti,peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletməbacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərininöyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermişnamizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır vəonlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakısənədləri təqdim etməlidir:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasınınsədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çapedilmiş 2 nüsxədə);

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti(1 nüsxədə);

- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmişsurəti (1 nüsxədə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti(1 nüsxədə);

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmişsurəti (evli olduqda, 1 nüsxədə);

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydadatəsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarındanailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və2 ədəd 4,5x6 sm ölçüdə);

- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm,ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərləbağlı müraciət edib-etməməsi barədə) arayış;

- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiqolunmuş surəti (1 nüsxədə).

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamalrayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi(Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 27 mart - 26 aprel 2024-cü il hər gün (bazargünləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçməhaqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətiuyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbiqulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraqməhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciətetməmələri xahiş olunur.

Seçilən
82
28
Mənbələr
Şərh ()
Bağla