AZ

Bu gün

Dünən ABŞ-dan “Conference Board” İstehlakçı İnamı İndeksi göstəricisinin proqnozların altında açıqlanmasına baxmayaraq, dollar major valyutalar qarşısında bir qədər dəyər qazandı. Hal-hazırda EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0828, 1.2615 və 151.663 səviyyələrində ticarət olunurlar. Dollar indeksi 0.05% artaraq, 104.35 bənd təşkil edir.

Qeyd etmək lazımdır ki, Yaponiya Bankının idarə heyətinin üzvü Naoki Tamuranın ultra-yumşaq monetar siyasətinin yavaş, lakin davamlı şəkildə dayandırılmasının vacibliyi haqqında açıqlamalarından sonra, USDJPY məzənnəsi 1990-cı ildən bəri ən yüksək səviyyəyə qalxıb. Ötən həftə isə, mart toplantısının nəticələrinə əsasən, Yaponiya Bankı son 17 ildə ilk dəfə olaraq uçot faiz dərəcəsini -0.1%-dən 0-0.1%-ə qədər qaldırdı.

Həmçinin çərşənbə axşamı Avropanın əsas fond indeksləri Almaniyada İstehlakçı İnamı İndeksi ilə bağlı məlumatların proqnozların üzərində açıqlanmasından sonra yüksəlişlə bağlanıblar. Günün sonunda Britaniyanın “FTSE 100” indeksi 0.15% artaraq 7929.46 bənd, Fransanın “CAC 40” indeksi 0.41% artaraq 8184.75 bənd, Almaniyanın “DAX” indeksi isə 0.76% artaraq 18399.23 bənd təşkil edib.

Eləcə də, çərşənbə axşamı günün ikinci yarısında qızılın qiymətinin artım tendensiyası bir qədər səngiyib. Nyu-Yorkun “Comex” birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 2.2$ və ya 0.1% artaraq 2178.6$ olub. Gümüşün may fyuçerslərinin dəyəri isə 1.11% ucuzlaşaraq 1 unsiya üçün 24.617$ təşkil edib.

 

Seçilən
257
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18550
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17812
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17071
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
16739
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15575
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14746
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14099
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13834
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11112
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10958
"Zaur, yenə çaşdın..." - VİDEO
8564
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7588
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6884
Minimum əmək haqqı nə qədər arta bilər?
6803
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6441
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5974
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5562
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5421
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5047