AZ

Göyçayda qəza - Xəsarət alanlar var

Göyçayda ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Yekəxana kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə Qəbələ rayon sakini Əhmədli Emin Elşad oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomaşın toqquşub. Qəza zamanı “Chevrolet” yoldan çıxaraq aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
13
teleqraf.com

10Mənbələr