AZ

Diş ağrısı ilə yatıb 32 il sonra oyandı - FOTO

1862-ci ildə İsveçin Oknö şəhərində dünyaya gələn Karolina Olsson başına gələn qeyri-adi hadisə ilə adını tibb tarixinə yazdırır. 
 
O, 14 yaşı olarkən diş ağrısı ilə yuxuya gedir. Bu yuxu düz 32 il sürür. 
 
Belə ki, bir gün Karolina məktəbdən qayıdarkən yıxılaraq başı yerə dəyir. Evə gəlib vəziyyəti ailəsinə danışdıqdan sonra valideynlərinin müdaxiləsi ilə qısa müddətdə onun heç bir ağrısı qalmır. Növbəti gün isə o dərsdən şiddətli diş ağrısı və üzü şişmiş halda evə gəlir. Bu dəfə ailəsi qızına yatıb dincəlməyi məsləhət görür.
 
Balaca Karolina yatmağa gedir və 32 il həmin yataqdan qalxa bilmir. 
 
Günlər və aylar bir-birini əvəzləyir, ailəsi qızlarına nə olduğunu anlaya bilmir. Düz 6 il sonra valideynləri Karolinanı həkimə aparmaq qərarına gəlir. Karolinanın vəziyyəti yuxu pozğunluğu ilə bağlı aparılan bütün araşdırmalara zidd idi. Həkimlərin fikrincə, Karolina demensiya ilə əlaqəli insult keçirə bilərdi. Ancaq bunu heç vaxt sübut edə bilmədilər.
 
Karolinanın ailəsi artıq bu vəziyyəti qəbul edir. Anası hər gecə yatarkən qızına süd verməyə davam edirdi.
 
 
Maraqlıdır ki, Karolina verilən heç bir  yeməyi yeyə bilməsə də, bədəni şəkərli südü qəbul edirdi. Yatsa da arıqlamırdı, üstəlik, dırnaqları, saçları uzanmırdı. O, illərdir yatsa da, zehni kifayət qədər aktiv idi. Müşahidələrə görə, Karolina ətrafındakı hadisələrə kiçik mimikalarla reaksiya verirdi. Eynən qardaşının ölümündən sonra günlərlə gözlərindən axan yaşlar kimi.
 
Qızı yatarkən 29 il ona baxan Karolinanın anası dünyasını dəyişir. Karolinaya baxacaq heç kim qalmadıqda ailəsi onun üçün qulluqçu tutur. Xidmətçi qadın bütün ehtiyaclarını tam yerinə yetirir və anasının qoyduğu nizamı davam etdirir. Anasının ölümündən cəmi 3 il sonra Karolinanın vəziyyətində inanılmaz dəyişiklik baş verir.
 
Belə ki, 1908-ci ildə Karolina 32 illik yuxusundan oyanır, lakin o, heç nə xatırlaya bilmir. 
 
Karolinanın oyandığını öyrənən həkimlər onun yanına gələrək bir sıra analizlər aparırlar. Testlər Karolinanın arıqlamadığını və real yaşından çox gənc davrandığını, illərin ona çox da təsir etmədiyini göstərir.
 
İtirilmiş illərə baxmayaraq, 42 il sağlam yaşayır. O, 1950-ci ildə 88 yaşında vəfat edir. 
 
 
Karolinanın bənzərsiz hekayəsi onu “Oknönün yatan gözəli” edir. Bütün araşdırmalara baxmayar bu yuxunun səbəbi məlum olmur. Bu hadisə tibb tarixinə “Karolina Olsson virusu” kimi düşdü. (Qafqazinfo)
 
Seçilən
168
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22164
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19530
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18402
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17870
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17520
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17368
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16306
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15741
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12222
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10101
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8907
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8120
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7727
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7386
Minimum əmək haqqı nə qədər arta bilər?
7157
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5869