AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Martın 23-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
3
big.az

10Mənbələr