AZ

Kiyevdə iftar süfrəsi təşkil olunub - FOTO

İftar süfrəsinə Azərbaycan diasporunun nümayəndələri ilə bərabər digər müsəlman xalqlarının üzvləri də qatılıb
Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə Ukraynada yaşayan müsəlman icmalarının rəhbərləri və Azərbaycan diasporunu üzvləri  üçün iftar süfrəsi təşkil olunub. Bu barədə AYNA-ya Ukraynada fəaliyyət göstərən jurnalist İdrak Camalbəyli məlumat verib.
Onun sözlərinə görə, UABD-nin təşkilatçılığı ilə düzənlənən iftar süfrəsinə Azərbaycan diasporunun nümayəndələri ilə bərabər digər müsəlman xalqlarının üzvləri də qatılıb.
UABD sədri Hikmət Cavadovun dəvəti ilə tədbirdə Krım tatarları məslisinin sədri Mustafa Cəmilyov, çeçen diasporunun lideri Əhməd Zakayev, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov, Ukrayna Ali Radasının deputatları, Azərbaycan diasporunun tanınmış simaları və dövlət nümayəndələri iştirak ediblər.

Seçilən
213
45
Mənbələr
Şərh ()
Bağla