AZ

Uqanda Prezidenti oğlunu silahlı qüvvələrə baş komandan təyin etdi


Uqanda Prezidenti Yoveri Museveni oğlu Muxuzi Kayneruqabanı ölkənin silahlı qüvvələrinin baş komandanı təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New Vision” portalı məlumat yayıb.
Kayneruqaba əvvəllər ölkənin quru qoşunlarına rəhbərlik edib, lakin 2022-ci ildə Keniya paytaxtını ələ keçirmək niyyətini elan etdikdən sonra vəzifəsindən azad edilib.
Daha sonra o, Prezidentin Xüsusi Əməliyyatlar üzrə müşaviri vəzifəsini icra edib və eyni zamanda Uqanda Vətənpərvər Liqasının rəhbəri olub.
2023-cü ildə general Uqandanın Moskva imperialistlərin hücumuna məruz qalacağı təqdirdə onu müdafiə etmək üçün ordu göndərəcəyini bildirib və Rusiya Prezidenti Vladimir Putinin tərəfdarı kimi görünməkdən qorxmadığını qeyd edib.
Əvvəlki Ali Baş Komandan general Vilson Mbasu Mbadi ticarət və kooperativlər naziri vəzifəsini tutub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
27
yeniavaz.com

10Mənbələr