AZ

San Marinonun 20 illik qələbə həsrəti davam etdi

Dünən maraqlı bir yoldaşlıq oyunu baş tutdu.

San Marino öz meydanında Sent Kitts və Nevis ilə qarşılaşdı. Oyuna maraq qatan məqam o idi ki, 20 ildi, qələbəsi olmayan və FİFA-nın reytinqində 202 ölkə arasında sonuncu pillədə qərarlaşan San Marino favorit sayılırdı! Baxmayaraq ki, Sent Kitts və Nevis reytinqdə 147-ci yerdə qərarlaşıb. San Marino tarixi ərzində cəmi ikinci dəfə bir oyundan əvvəl bukmekerlər tərəfindən favorit hesab olundu. İlk belə hal ötən ilin sentyabrında Seyşel adalarına qarşı oyunda baş vermiş və həmin görüş qolsuz yekunlaşmışdı. Amma San Marino ümidləri doğrulda və qələbə həsrətinə son qoya bilmədi. Bu komanda hesabı açsa da, daha sonra 3 qol buraxaraq məğlub oldu. Bununla da San Marinonun qələbə həsrəti 138 oyuna yüksəldi. Komanda bunların yalnız 5-dən bərabərliklə ayrılıb. San Marino 34 illik tarixi ərzində hələ ki, ilk və yeganə qələbəsini 2004-cü ilin aprelində Lixtenşteynə qarşı yoldaşlıq oyununda (1:0) əldə edib. San Marino üçün yeganə təsəlli odu ki, komanda tarixində ilk dəfə ardıcıl 4 qarşılaşmada qol vurmağı bacarıb. Komanda bundan əvvəlki 3 oyunda Finlandiya (1:2), Qazaxıstan (1:3) və Danimarkaya (1:2) qol vurmuşdu.

ƏLİ

Seçilən
134
50
Mənbələr
Şərh ()
Bağla