AZ

Ən xoşbəxt gənclər bu ölkədədir - ARAŞDIRMA

Dünya Xoşbəxtlik Hesabatı açıqlanıb.

Gundem.az bildirir ki, sözügedən araşdırma Böyük Britaniya, Avropa, ABŞ və Avstraliyada 15-24 yaş arası gənclərə əsaslanıb. Hesabatda Skandinaviya ölkələri - Finlandiya, Danimarka, İslandiya, Norveç və İsveç gənclərin xoşbəxt olduğu ilk 10 ölkə arasında yer alıb. 





Məlum olub ki, ümumilikdə gənclər getdikcə daha çox depressiv olurlar. Hesabatda qeyd edilib ki, gənclərlə yaşlılar arasında iqtisadi bərabərsizlik, təhsil, bacarıqların formalaşdırılması və ucuz mənzil problemi onlara təsir göstərir. Həmçinin gənclərin özünəinamının azalmasında, rifah halının aşağı düşməsində sosial medianın da rolu olduğunu bildirilib.

Araşdırmaya əsasən, gənclər böyükləri kimi yorulmaq istəmirlər, universitetləri akademik zəmanət kimi görə bilmirlər və bakalavr dərəcəsi olmayan insanların daha çox çətinliklərlə üzləşəcəyini düşünürlər.

Hesabatda ən xoşbəxt gənclərin Finlandiya, ikinci yerdə isə Danimarka olduğu bildirilib. ABŞ və Almaniya reytinqdə 23 və 24-ə düşüb. (Sfera.az)

 

Seçilən
71
14
Mənbələr
Şərh ()
Bağla