AZ

Rusiya Mətkəzi Bankının uçot dərəcəsini 16% səviyyəsində saxlayacağı gözlənilir

Rusiya Mərkəzi Bankı martın 22-də keçiriləcək iclasında uçot dərəcəsini illik 16% səviyyəsində saxlayacaq.

Marja xəbər verir ki, bu fikri TASS-a müsahibə verən analitiklər bölüşürlər.

Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü ilin dekabrında keçirilən iclasından sonra uçot dərəcəsini dəyişməyərək illik 16% səviyyəsində qalıb.

Ekspertlərin fikrincə, Mərkəzi Bank sərt pul siyasətilə inflyasiyanın qarşısını almağa müvəffəq olub. Lakin qiymətlərdə davamlı yavaşlama olana qədər uçot dərəcəsinin azaldılması barədə danışmaq hələ tezdir. Pul siyasətinin yumşaldılmasına keçid 2024-cü ilin ikinci yarısından tez olmamalıdır.

Fevral iclasından sonra Rusiya Mərkəzi Bankı dekabr-yanvar aylarında qiymət artım templərinin azalmasının sərt pul siyasətinin nəticəsi olduğunu bildirib.

Seçilən
170
24
Mənbələr
Şərh ()
Bağla