AZ

“Nottingem Forest” Premyer Liqada 4 xalından məhrum edildi

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest” yarış cədvəlində 4 xalından rəsmən məhrum edilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Müvafiq qərar sözügedən klubun Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə qəbul edilib.

Beləliklə, cəzaya qədər 29 oyundan 25 xal toplamış “Nottingem Forest” 4 xallıq cəzadan sonra 21 xalla təhlükəli bölgəyə, yarış cədvəlinin 18-ci pilləsinə yuvarlanıb. İndi “meşəçilər”i Premyer Liqada qalmağa imkan verən 17-ci yerdə qərarlaşmış “Luton Taun”dan (22 xal) cəmi 1 xal ayırır.

Öz növbəsində “Nottingem Forest” İngiltərə Premyer Liqasının müvafiq qərarında apellyasiya şikayəti verməyə hazırlaşır. Klub əvvəlcə bu barədə rəsmi saytında bəyanat dərc edib və qarşıdakı günlərdə növbəti addımlarını atacaq.

Xatırladaq ki, İngiltərə Premyer Liqası cari mövsümün əvvəlində maliyyə qaydalarını pozduğuna görə “Everton”u da yarış cədvəlində 10 xalında məhrum etmişdi. Amma apellyasiya şikayətindən sonra Liverpul təmsilçisi 4 xalını geri qaytara bilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
29
arena.az

10Mənbələr