AZ

Banklardan bayramqabağı böyük dollar sifarişi - VALYUTA HƏRRACI

19 Mart 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Marja.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 93 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib (satış). 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.  

Qeyd edək ki, 14 Mart 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 83,3 milyon ABŞ dolları təşkil etmişdi.

2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 21 valyuta hərracında bankların cəmi tələbi 1 milyard 691,4 milyon dollar olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
5
marja.az

10Mənbələr