AZ

Olimpiadanın simvolu olan halqalar nə mənaya gəlir?

Məlum olduğu kimi, olimpiadalar eramızdan əvvəl 8-ci əsrdən eramızın 4-cü əsrinə qədər Yunanıstanın Olimpiya şəhərində keçirilən qədim oyunlardan ilhamlanıb. Tarixçi və pedaqoq Pierre de Coubertin, bu qədim oyunların tarixi hekayələrindən o qədər təsirlənmişdir ki, 1894-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin əsasını qoymuş və ilk müasir oyunların Afinada keçirilməsinə öncülük etmişdir.
İndex.az xəbər verir ki, Pierre de Coubertin 1896-cı ildə başladığı bu yolda oyunları dörd ildən bir keçirməyə qərar verərkən, oyunları simvolizə edən heç bir loqo və ya simvolun olmadığını anladı.
O, girdiyi bu yolu “taclandırmaq” üçün çalışmağa başlayır.

Düşüncələrə qapılarkən, dünyanın hər yerindən insanların dilləri, mədəniyyətləri, rəngləri, fərqli yaşadıqları torpaqlarda müharibələr, münaqişələr, fikir ayrılıqları ilə dolu bir dövr yaşadığını xatırladı. Bu xaosda onlar sülhün və birliyin nə demək olduğunu sanki unutmuşdular. O, insanların bir-birini başa düşmək, fərqliliklərini qəbul etmək əvəzinə bir-birindən uzaqlaşdıqlarını söyləyirdi.
Bütün səylərini və fikirlərini kağız üzərində qoymalı idi. Uzun müddət düşündükdən sonra baron ölkə bayraqlarını düşündü. Dünyanın hər bir ölkəsinin bayraqlarında rast gəlinən rənglər onun üçün ilham mənbəyi oldu.
Beləliklə, bayraqlarda ən çox istifadə olunan beş rəngi seçib.


Onun seçdiyi rənglərdən ibarət dairələr mavi, sarı, qara, yaşıl və qırmızı idi… əsasən hər rəng bir qitəni (Afrika, Amerika, Asiya, Avropa və Okeaniya) təmsil edirdi və hər biri fərqlilikləri və müxtəlifliyi simvolizə edirdi.
Bundan əlavə, mavi və sarı rənglər ümidi və günəşi təmsil edir. Qara, yaşıl və qırmızı rənglər torpağın, təbiətin, insanların rənglərini əks etdirirdi. Ağ fon isə sülhü simvolizə edirdi.
Nəhayət, bu dairələr insanları bir-birinə bağlayaraq dünyanın birliyini və insanların bir araya gəlib güclü bir cəmiyyət təşkil edə biləcəyini göstərirdi. Olimpiya halqaları bir-birini tamamlayan və dəstəkləyən rənglərlə idmançıların və ölkələrin bərabərliyini və həmrəyliyini simvolizə edirdi.
Bütün bunları izah etdikdən sonra gözlər yaşla doldu və komitə loqonu alqışlarla təsdiqlədi. 1914-cü ildə Misirin İsgəndəriyyə şəhərində keçirilən ÜmumMisir Oyunlarında bayraq ilk dəfə səmaya qaldırıldı. Ancaq 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsinin başlaması hərşeyə maneə oldu. Daha sonra, 1920-ci ildə, Belçikanın Antverpen şəhərində keçirilən Yay Olimpiya Oyunlarında rəsmi olaraq təqdim edildi və bütün dünyada qəbul edildi.

Seçilən
146
8
Mənbələr
Şərh ()
Bağla