AZ

Narkotik vasitələr satan şəxs saxlanıldı

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Məlikov Arif saxlanılıb.

Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.

Seçilən
218
49
publika.az

10Mənbələr