AZ

Müğənni Rəvan klip çəkdirib - Video

Müğənni

Gənc ifaçı Rəvan Polşanın paytaxtı Varşavada klip çəkdirib.

Reyting.az
Axşam.az-a istinadla xəbər verir ki, "İnanma" adlı mahnının sözləri və müsiqisi ifaçının özünə məxsusdur.

Klipin rejissoru Royal Cəfərovdur və ekran işi Varşava şəhərində peşəkar komanda ilə ərsəyə gətirilib.

Mahnı mayda yayımlanması planlaşdırılan "EP Albom"un ilk sinqlıdır.

Xatırladaq ki, bundan əvvəl türkiyəli məşhur müğənni Hadisə Rəvanla bağlı paylaşım edib. Sənətçi özünün "Sıfır Tolerans" mahnısını oxuyan Rəvanın videosunu sosial şəbəkə hesabında bölüşüb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
50
reyting.az

10Mənbələr