AZ

Konqoda üsyançıların hücumu nəticəsində 8 BMT əsgəri yaralanıb

Konqo Demokratik Respublikasının şərqindəki Şimali-Kivu əyalətində üsyançıların hücumu nəticəsində BMT-nin 8 sülhməramlısı yaralanıb.Birləşmiş Millətlər Təşkilatının (BMT) Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) verdiyi açıqlamaya görə, Şimalın paytaxtı Qomadan təxminən 20 kilometr uzaqlıqdakı Sake qəsəbəsində patrul xidməti həyata keçirən sülhməramlılara hücum edilib. Açıqlamada hücumda 1-i ağır olmaqla 8 sülhməramlının yaralandığı açıqlanıb.Ruanda tərəfindən dəstəkləndiyi iddia edilən və ilin əvvəlindən hücumlarını artıran üsyançı "23 Mart Hərəkatı" (M23) strateji əhəmiyyətli Şimali Kivu əyalətinin paytaxtı Qomanın Sake qəsəbəsinə çatıb.M23 üzvləri Ruanda sərhədində yerləşən Şimali-Kivu əyalətinin Rutşuru bölgəsindəki bir çox yaşayış məntəqəsini nəzarətə götürərək və Qomaya gedən iki əsas yolu bağlayaraq Şimali-Kivu əyalətinin mərkəzi hökumətlə quru əlaqəsini kəsiblər.Sake şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə M23 üzvləri arasında şiddətli toqquşmalar davam edir.Ruanda, Uqanda və Burundi ilə sərhədinin yerləşdiyi Konqo Demokratik Respublikasının şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
14
afn.az

10Mənbələr