AZ

Pullu iftar süfrələri dələduzluqdır: əməl dəftərinə əla qiymətlərlə yazılacaq Ramazan ehsanları hansılardır?

“Dinimizdə bir insanın tək yemək yeməyi məkruh hesab olunur. Bəndə yemək yeyən zaman süfrəyə başqalarını da dəvət etməlidir”.

Bu sözləri Publika.az-a açıqlamasında ilahiyyatçı-yazar Tural İrfan deyib. Onun sözlərinə görə, digər insanlara iftar süfrəsi açmaq isə ehsan sayılır:

“Ehsan sözü ərəb dilindən tərcümədə yaxşılıq deməkdir. Bu zaman insan böyük savab qazanır. Bir məsələni unutmamaq lazımdır ki, Ramazan ayında tutulan oruclar sırf savab qazanmaq üçün deyil. Oruc dinizmizdə vacib sayılır. Savab qazanmaq niyyəti ilə başqa aylarda əlbəttə oruc tutula bilər. Ramazan ayının orucu bəndəyə elə namaz kimi bir mükəlləfiyyətdir.

İftar etməyin özünün savabları var. Lakin bu iftarın növündən asılıdır. Bəzi dinlərdə, məsələn, Yəhudilikdə Hz. Davudun orucu var ki, bu orucda 3 gün və ya daha çox iftar etmədən, ancaq sahur edərək oruc tutulur və yaxud əksinə. Lakin İslam dinində Peyğəmbərimiz buyurub ki, sahurda və iftarda bərəkət var, iftarı tezləşdirin, sahuru gecikdirin. İlk növbədə oruc tutan şəxs özü xurma və su ilə orucunu açmalıdır. Bu, Peyğəmbərimizin sünnətidir” .

İlahiyyatçı bildirir ki, oruc tutmayan şəxsin başqalarına iftar süfrəsi açarkən savab qazanıb-qazanmaması onun oruc tutmamaq səbəbindən asılıdır.

“Əgər həqiqətən də həmin şəxsin səhhətində problemi və ya başqa keçərli səbəbləri varsa və bunu bəhanə etmədən oruc tuta bilmirsə, o zaman savab qazanar. Lakin heç bir problemi olmadığı halda oruc tutmadan nə qədər insana iftar versə də bu, onun üçün savab qazandırmır. Dinimizdə oruc tuta bilməyən şəxslər üçün müəyyən öhdəliklər var. Birincisi, qəza orucudur ki, Ramazan ayından sonra uyğun bir vaxtda orucun qəzası tutulmalıdır. Lakin yenə səhhəti buna da imkan vermirsə, həmin şəxs bir günə üç kasıbı doydurmalıdır və yaxud süfrə açıb 30 adama yemək verməlidir. Şübhəsiz ki, bu da insanların savabını, Ramazanın fəzilətini artırar. Peyğəmbərimizin hədislərindən birində də var ki, ehsan vermək xeyir əməllərdən biridir və bəndənin əməl dəftərinə yazılar”.

Tural İrfan restoranlarda iftar süfrələrinin məvacib ilə təklif olunmasına qarşıdır. O, bunun dələduzluq olduğunu hesab edir:

Seçilən
83
4
Mənbələr
Şərh ()
Bağla