AZ

Arda Güler İspaniya mətbuatının manşetlərində: “Real Madrid”in tarixinə düşdü”

Arda Güler İspaniya mətbuatının manşetlərində: “Real Madrid”in tarixinə düşdü”“Real Madrid” klubunda çıxış edən türkiyəli məşhur futbolçu Arda Güler ​​İspaniyada gündəmdə qalmağa davam edir.İspan nəhənginin heyətində ilk qolunu vuran 19 yaşlı gənc futbolçu İspaniya mətbuatının manşetlərinə düşüb.“Marca” qəzeti “Arda Güler ​​“Real Madrid” tarixində qol vuran 416-cı futbolçu oldu” başlıqlı yazı dərc edib və üz qabığında “Real Madrid”in qol vuran futbolçularının adlarına yer verib.Arda Güler “Real Madrid”in “Celta Vigo” ilə matçında atdığı qolla ​​klub tarixində qol vuran 416-cı futbolçu olub.Xatırladaq ki, uzun müddət zədəli olan Arda Güler “Real Madrid”də bu səbəblə xeyli vaxt forma geyinə bilməyib. Zədəsi sağaldıqdan sonra 6 matçda forma geyinib və ​​son matçda 1 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
8
adalet.az

10Mənbələr