AZ

Bu foto 14000 şəkil arasında birinci oldu - FOTO

Böyük Britaniyada keçirilən Vəhşi Təbiət Fotoqrafiya Müsabiqəsinin qalibi bəlli olub.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, böyük mükafatı midyələr yapışan futbol topu əks olunan fotonun sahibinə təqdim edilib. Sözügedən fotoqrafın adı Rayan Stolkerdir.

Həvəskar və peşəkar fotoqrafların 14000 şəkil göndərdiyi müsabiqədə nailiyyət qazanan Rayan eyni zamanda "Sahil və dəniz həyatı" kateqoriyasının da qalibi seçilib. 

Stolker fotosu haqqında "Suyun səthində yalnız bir top görünür, lakin suyun altında heyvan koloniyaları var idi. Dənizdəki tullantıların sayının artması sahillərimizi itirmək riskini artırır" - deyə bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
baku.ws

10Mənbələr