AZ

"Xəzər İnşaat Şirkəti" cərimələnə bilər

"Xəzər İnşaat Şirkəti" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Xəzər İnşaat Şirkəti" beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla