AZ

Çinin ən böyük özəl əmlak şirkətlərindən biri borcunu ödəyə bilmədi

Çinin ən böyük özəl əmlak şirkətlərindən biri olan Country Garden Holdings ilk dəfə yuan istiqrazları üzrə kupon ödənişini həyata keçirməyib.

Marja.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin bəyanatına istinadən məlumat yayıb.

Satışlar hədəf göstəricilərə çatmayıb, buna görə də müvafiq vəsaitin ayrılması mümkün olmayıb. Country Garden Holdings güzəşt müddətində borcunu ödəmək üçün bəzi aktivləri satmağı və xərcləri azaltmağı planlaşdırır.

2023-cü ilin oktyabrında Country Garden Holdings dollar borcu üzrə defolt edib və bu, şirkətin kreditorlarından birinin onu məhkəməyə verilməsinə səbəb olub.

Bundan əvvəl Çinin daha bir iri əmlak şirkəti olan Evergrande-nin iflası Çin iqtisadiyyatına mənfi təsir göstərmişdi. Martın əvvəlində Çinin Mənzil, Şəhər və Kənd Tikintisi naziri Ni Honq bildirib ki, hakimiyyət milli daşınmaz əmlak bazarının sabitliyini təmin etmək üçün əlavə səylər göstərəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
411
44
marja.az

10Mənbələr