AZ

Şagirdi ilə cinsi əlaqədə olan müəllim cəzalandırıldı

ABŞ-ın Missuri ştatında 16 yaşlı şagirdlə bir neçə dəfə cinsi əlaqədə olan riyaziyyat müəllimi cəzalandırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 30 yaşlı Viktoriya Favler iki maddə üzrə təqsirli olduğunu etiraf edib. O, 5 il şərti azadlıqdan məhrum edilərək, cinsi cinayətkarların reyestrinə salınıb və müəllimlik lisenziyası ləğv edilib. Fovlerə zərərçəkən və dərs dediyi məktəbdəki digər tələbələrlə əlaqə saxlamaq da qadağan edilib. Bundan əlavə, artıq onun yetkinlik yaşına çatmayanlarla nəzarətsiz ünsiyyət qurmaq hüququ yoxdur, yeganə istisna öz övladlarıdır.

Araşdırmalar 30 avqust 2023-cü ildə polis yeniyetmənin telefonundan müəllimin çılpaq fotoşəkillərini əldə etdikdən sonra başlayıb. Qadın tələbə ilə intim münasibətdə olduğunu və onun nalayiq fotolarını da telefonunda saxladığını etiraf edib. O bildirib ki, iyulun 4-dən avqustun 1-dək tələbə ilə 3 dəfə görüşüb və onunla cinsi əlaqədə olub.

Yeniyetmə isə öz növbəsində müəllimlə ilk dəfə mayın 23-də intim münasibətə girdiyini, son görüşlərinin isə avqustun 26-da onun evində baş tutduğunu bildirib.

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla