AZ

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin 360-a yaxın hədəfini vurub

Rusiya qoşunlarının “Mərkəz” qrupu Ukrayna Silahlı Qüvvələrinin 360-a yaxın hədəfini, o cümlədən 12 dayaq məntəqəsini atəşə tutub. 

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə qrupun mətbuat mərkəzinin rəhbəri Aleksandr Savçuk məlumat verib.

“Gün ərzində artilleriya atəşi və hava zərbələri Ukrayna Silahlı Qüvvələrinin 360-a yaxın müəyyən edilmiş hədəfinə, o cümlədən 50-dən çox müvəqqəti yerləşdirmə və texnika toplama, 12 dayaq məntəqəsinə və 100-ə qədər səhra artilleriya mövqeyinə zərbələr endirib”, deyə o Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında yayımlanıb videoda bildirib .

Savçuk əlavə edib ki, bombardmançı, hücumçu və ordu aviasiyası Novqorodskoye, Kirovo, Leninskoye və Berdıçi yaşayış məntəqələrinə 40-a yaxın hava zərbəsi endirib.

Seçilən
207
32
Mənbələr
Şərh ()
Bağla