AZ

Ermənistanın KTMT-dən çıxmasının hansı təhlükələri var? - Hərbi politoloq açıqladı

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalı azdır, çünki ölkənin təklikdə mövcudluğu onun yoxa çıxmasına səbəb olacaq.

Bunu Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetindəki sosial-psixoloji proseslər və siyasi təhlil şöbəsinin müdiri Andrey Koşkin NEWS.ru ilə söhbətində bildirib.

Onun sözlərinə görə, həqiqətən də Rusiya ilə münasibətlərdə gərginlik var, lakin ölkələr əlaqələr qurmaqda davam edir.

Politoloqun fikrincə, İrəvandakı bu cür əhval-ruhiyyə Qərbin Rusiya ilə Ermənistanı ayırmaq və Moskvanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq istəyindən irəli gəlir.

Bununla belə, o qeyd edir ki, Rusiyanın Ermənistanda təsirini davam etdirməsində maraqlı olan dövlətlər də var ki, onlardan da biri İrandır.

“Ümumiyyətlə, indi planetdə geosiyasi böhranların kəskinləşməsi müşahidə olunur ki, bu da ABŞ-nin mövqeyi ilə bağlıdır. Onlar Ermənistana öz ideyalarını irəli sürmək üçün hər şeyi təklif edə bilərlər, ölkənin NATO-ya daxil olmasına qədər”, - politoloq yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, əgər KTMT İrəvanın ölkənin suverenliyi ilə bağlı qaldırdığı suallara cavab verməsə, respublika bu birlikdən çıxacaq. Onun sözlərinə görə, KTMT öz öhdəliklərini yerinə yetirməli və öz məsuliyyət sahəsini tanımalıdır.

 

Seçilən
160
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17502
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17239
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16254
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14673
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13640
Çingiz Mustafayevin toyudur - FOTOLAR
10553
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10283
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9094
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
8782
"Zaur, yenə çaşdın..." - VİDEO
8277
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7522
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7102
Minimum əmək haqqı nə qədər arta bilər?
6484
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6076
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5795
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4915
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4776
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4675
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
3944