AZ

Avtomobilsizləşdirilən ərazi paytaxtda hansı dəyişikliyə səbəb olacaq? - ŞƏRH

Avtomobilsizləşdirilən
Xəbər verildiyi kimi bu gündən metronun "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Bəs bu dəyişikliyin əhəmiyyəti nələrdir?
Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, dünyanın böyük şəhərlərində dəmiryol vağzalının önündəki meydan bir qovşaq rolunu oynayır və fərqli nəqliyyatların bir yerdə qovuşduğu məkandır.
Rauf Ağamirzəyev
“Bakıda istisna deyil, Bakıda da vağzal meydanında metro dəmir yolu, avtobus, piyada hərəkət edənlərin qovuşduğu məkandır. Amma xaotik parklanma, avtomobillərin xaotik hərəkəti bu hərəkəti nizamsızlaşdırmış və xaotik vəziyyət yaratmışdı. Düşünürəm ki, həmin əraziyə avtomobillərin girişinin məhdudlaşdırılması doğru qərardır. Bir nəqliyyat növündən digər nəqliyyat növünə inteqrasiya yönündə verilmiş qərardır. Düşünürəm ki, burada məhdudlaşdırmadan sonra bəzi dəyişikliklər olacaq, bu da insanların rahat hərəkətinə gətirib çıxaracaq. İnsanlarımız vağzaldan daha təhlükəsiz və komfortlu istifadə etməklə şəhərimizdə yeni bir mühit yaranmış olacaq”. Görüntülər Ukraynanın Lvov şəhərində Vağzal meydanının qarşısındandır. Dəyişiklikdən sonra belə olub. “Mənim fikrimcə, bu dəyişlik avtobusların hərəkətində də təsirsiz ötüşməyəcək" - deyə ekspert əlavə edib: "Çünki son dayanacaqdakı ləngimə, həmçinin ümumi dövriyyədəki ləngiməyə də təsir edir. Bununla yanaşı, şəhərin daxilində ayrılmış avtobus şəbəkəsi şəbəkə formasında işi təmin olunmalıdır. Bu da avtobusların cədvəl üzrə hərəkətinə gətirib çıxaracaq. Ümumi olaraq bunu son zamanlarda silsilə tədbirlərdən biri kimi qeyd etmək olar və bunun da davamı gəlməlidir. Yəni şəhərdə piyada infrastrukturu daha da sağlamlaşdırılmalı, olan baryerlər aradan qaldırılmalı, mikromobil vasitələri üçün ilkin olaraq velosiped zolaqlarının çəkilişi ilə bağlı işlər görülür. Bunun şəbəkələşməsinəvə sərt nəzarətinə ehtiyac var. Həmçinin ayrılmış avtobus zolağında da eyni ilə şəbəkələşmə və sərt nəzarət tətbiq olunmalıdır. Bu ilkin verilmiş qərarlar bugünkü vəziyyəti müsbətə doğru dəyişəcək”.

Bu fotolar isə "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısındandır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
50
1news.az

10Mənbələr