AZ

Şahramanyanın Azərbaycana ekstradisiyası tam realdır - Ekspert

Özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondama separatçı rejim Ermənistanda aktivləşməyə başlayıb. Keçmiş separatçı lider Samvel Şahramanyan Fransanın, Rusiyanın, ABŞ-ın Ermənistandakı səfirləri ilə görüşüb. Proseslərin gedişi göstərir ki, Paşinyan hakimiyyəti də onların fəaliyyəti üçün şəraiti təmin edir. Bu proses nədən qaynaqlanır? Siyasi ekspert Vüqar Dadaşov hafta.az-a bildirib ki, özünü buraxan rejimin dirçəlməsi ilə bağlı xəbərlər əslində reallıqla uzlaşmır.
“Təkcə Samvel Şahramanyan separatçı rejim demək deyil. Keçmişdə Şahramanyanın tabeliyində olan vəzifəli şəxslər belə onu qəbul etmir və qeyri-ciddi hesab edirlər. Hətta keçmiş liderlər arasında düşmənçilik səviyyəsində açıq qarşıdurma var. Samvel Babayanla Şahramanyan arasındakı konflikt buna misaldır. Keçmiş qondarma separtçıların bir araya gəlməsi və vahid komanda şəklində fəaliyyəti mümkünsüzdür”.
Ekspert hesab edir ki, separatçıların dirçəlməsində siyasi nəticələrinə görə Paşinyan hakimiyəyinin marağı ola bilməz. Onun fikrincə, separatçıların dirçələməsi Ermənistandan qaynaqlanan daxili məsələ deyil.
“Fransa Qafqazda özünün mövcudluğunu təmin etmək üçün prosesin canlanmasında daha çox maraqlıdır. Ancaq, Qarabağdakı keçmiş qondarma rejim ümumiyyətlə Rusiyaya bağlı qüvvə olduğundan separatçıların fransızlarla dayanaqlı birliyi uzun sürə bilməz. İran separatçı rejimin dirçəlməsində maraqlı olsa da, onlara real təsir imkanları yoxdur.
Separatçıların Rusiyaya inamı və etibarı çox aşağıdır. Üstəlik separatçıların Rusiya ilə iş birliyi həm Paşinyan hakimiyyətinin, həm Qərbin, əsasən də Fransa və ABŞ - ın plan və siyasətinə uyğun deyil. Hazırkı Ermənistan və Rusiya münasibətləri fonunda separatçıların Rusiyadan məsafə saxlamaması onların özləri üçün çox təhlükəlidir”.
V.Dadaşov bildirib ki, ABŞ-da prezident seçkiləri, Ukrayna-Rusiya müharibəsinin arzuolunmaz istiqamətdə inkişafı ərəfəsində Vaşinqtonun Qarabağdan keçmiş separatçı rejimə marağı ciddi ola bilməz.
“Azərbaycan və Türkiyə ilə münasibət, ABŞ-ın regionda maraqları üçün prioritetdir. Martın 8-də də ABŞ dövlət katibi Blinkenin və Türkiyənin XİN başçısı Fidanın görüşündən sonra "Cənubi Qafqaz məsələsində ABŞ və Türkiyə Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər" deyə bəyanatla çıxış ediblər”.
Ekspert hesab edir ki, maraqlı ölkələr separatçılarlardan öz siyasi məqsədləri üçün ustifadə etməyə cəhd etsə də, separatçılarla bağlı planların baş tutması qeyri-realdır.
“Çünki separatçı rejimin heç bir potensialı yoxdur. Ən əsası isə, Qaradağdan çıxan ermənilər bütünlüklə separtçılara inanmır, Qarabağ mövzusunun bağlandığını düşünür və anlayırlar. İnsan və vətəndaş kimi, talelərini heç Ermənistanla da bağlamaq istəmirlər. Qarabağdan köçən ermənilərin 20 faizə yaxını artıq Ermənistanı tərk edib. Odur ki, Samvel Şahmaryanın təhrik edildiyi "dirçəlmə" cəhdləri iflasa məhkumdur.
Digər vacib məqam budur ki, əgər Samvel Şahramanyan anti-Azərbaycan və separatçı fəaliyyətini davam etdirərsə, Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb oluna bilər. Samvel Şahramanyan Azərbaycan vətəndaşıdır və beynəlxalq hüquqa görə Azərbaycanın suveren ərazisində cinayət törədib. Onun həbs edilərək Azərbaycana ekstradisiyası tam realdır. Yəqin ki, Şahramanyan kimilər bunu yaxşı anlayır”.

Seçilən
102
4
Mənbələr
Şərh ()
Bağla