- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Kristal Pelas” – “Luton Taun” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Bornmut” – “Şeffild Yunayted” matçında da qalib müəyyənləşməyib.
“Mançester Yunayted” doğma meydanda “Everton”a 2 cavabsız qolla qalib gəlib. “Arsenal” “Brentford”u, “Vulverhempton” da “Fulhem”i məğlub yola salıb.
28-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İngiltərə, Premyer Liqa
28-ci tur
9 mart
Mançester Yunayted – Everton 2:0
Qollar: B.Fernandes, 12-pen. Raşford, 36-pen.
Bornmut – Şeffild Yunayted 2:2
Qollar: Uattara, 74. E.Ünal, 90+1 – Hamer, 27. Robinson, 64.
Kristal Pelas – Luton Taun 1:1
Qollar: Mateta, 11 – Vudrou, 90+6.
Vulverhempton – Fulhem 2:1
Qollar: Ait-Nuri, 52. Kerni, 67-öz qapısına – İvobi, 90+8.
Arsenal – Brentford 2:1
Qollar: Rays, 19. Haverts, 86 – Vissa, 45+4.
10 mart
17:00. Aston Villa – Tottenhem
18:00. Brayton – Nottingem Forest
18:00. Vest Hem – Börnli
19:45. Liverpul – Mançester Siti
11 mart
00:00. Çelsi – Nyukasl