AZ

Mədəniyyət və incəsənət sahəsində süni intellektin tətbiqi məsələləri müzakirə olunub

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutuvə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin(ADMİU) elmi şuralarının birgə iclası keçirilib.

İnstitutdan Trend-ə bildirilib ki, əvvəlcə ADMİU-nun rəhbərliyivə digər məsul əməkdaşları “AzScienceNet”, Tədris-İnnovasiya,Multimedia Texnologiyaları və Elektron Kitabxana Mərkəzi iləyaxından tanış olublar.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademikRasim Əliquliyev bu elmi qurumda IV Sənaye İnqilabının və dünyanınqlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarındanirəli gələn elmi tədqiqatların aparıldığını söyləyib. Akademik qeydedib ki, institutda süni intellekt, kiberdayanıqlılıq, Big Data,e-dövlət, e-təhsil, Əşyaların interneti və sair kimi aktualelmi-nəzəri və tətbiqi problemlər üzrə tədqiqatlar aparılır,yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir.

Sonra birgə iclasda çıxış edən akademik Rasim Əliquliyev aliməktəblə elmi müəssisənin elm, təhsil və innovasiyanıninteqrasiyasının dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətinböyük əhəmiyyət kəsb etdiyini bildirib. O, Prezident İlham Əliyevinçıxışlarında qlobal texnoloji inkişafa adekvat olan, müasir dövrüntələblərinə cavab verən intellektual insan resurslarınınyetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindənbiri olduğunu qeyd etdiyini, müvafiq dövlət qurumları və alimlərinqarşısında mühüm vəzifələr qoyduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti süni intellekt texnologiyalarınınmədəniyyət və incəsənətin müxtəlif sahələrinə, yaradıcılıqproseslərinə transformasiyası istiqamətində birgə tədqiqatlarınaparılmasının, yüksəkixtisaslı kadrların, yeni nəsil yaradıcıinsanların hazırlanmasının qarşıda duran mühüm vəzifələrdənolduğunu söyləyib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxış edərəkİnformasiya Texnologiyaları İnstitutu ilə elmi-tədqiqat üzrə birgəfəaliyyətlə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması vəkadr hazırlığı istiqamətində də uğurlu əməkdaşlığın həyatakeçiriləcəyinə əminliyini ifadə edib. O, müasir dövrdə süniintellekt texnologiyalarının ictimai həyatın bütün sferalarınaolduğu kimi, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə dədərindən nüfuz etdiyini bildirib.

İnstitutun şöbə müdiri Fərhad Yusifov ADMİU-nunmagistraturasında tədris üçün hazırlanmış “Süni intellekt vəincəsənət” fənni üzrə proqram haqqında ətraflı məlumat verib. O,proqramın institutun qabaqcıl alimlərinin təklifləri, həmçinindünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanaraq tərtibedildiyini diqqətə çatdırıb.

Daha sonra elmi şuraların birgə iclası interaktiv dialoqformatında davam edib. Kinoşünaslıq və ekran dramaturgiyasıkafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor ƏliƏmirli, sənətşünaslıq üzrə elmlər doktoru, professor MəryəmƏlizadə, Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdarartist, dosent Azad Şükürov, Keyfiyyət təminatı və stratejiplanlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasınındosenti Elçin Cəfərov, rektorun tədrisdə innovasiyalar üzrəmüşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova,Xalq artisti, professor Zamiq Əliyev təqdim edilən mövzulara özmünasibətlərini, həmçinin proqramın gələcəkdə daha datəkmilləşdirilməsinə dair arzularını bildiriblər.

Müzakirələr zamanı iki qurum arasında mədəniyyət, incəsənət vəsüni intellekt məsələlərinə həsr olunmuş birgə tədqiqatlarınaparılması, layihələrin həyata keçirilməsi, elmi konfrans vəseminarların təşkilinə dair təkliflər də irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
10
az.trend.az

10Mənbələr