AZ

Azərbaycanda bu şəxslər təhsil haqqı ödəməyəcəklər (VİDEO)

Milli Məclisin Elm və təhsil komitəsinin iclası baş tutub. İclasda "Təhsil haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Belə ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

"Təhsil haqqında” qanundakı dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

- Şəhid ailəsinin üzvləri;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteran” adı almış şəxslər;

- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;

- Əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

- "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;

- Peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;

- Peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələr. Həmçinin 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobil AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.

Millət vəkili Ceyhun Məmmədov aztv-yə bildirib ki, əvvəlki qanunda bu, ümumi şəkildə öz əksini tapmışdı: "Budəfəki dəyişikliklə bütün kateoqriyalar nəzərə alınıb. Əvəllər şəhid ailəsinin hər hansı üzvü müraciət edərkən qanun ona şamil edilmirdisə, bu dəyişiklikdən sonra məsələ öz əhllini tapıb".

Seçilən
421
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17116
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16742
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16002
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14191
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13153
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9995
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8604
"Zaur, yenə çaşdın..." - VİDEO
8119
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6726
Minimum əmək haqqı nə qədər arta bilər?
6301
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5750
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5735
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5548
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4992
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4780
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4473
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4457
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3416