AZ

Al Paçinonun sevgilisi ilk dəfə oğullarının üzünü göstərdi - FOTOLAR

Al Paçinonun sevgilisi Noor (Nur) Alfallah oğluna hamilə olarkən ona həyatı üçün təhlükəli ağırlaşmalar diaqnozu qoyulduğunu etiraf edib. 

 

Sfera.az bildirir ki, bu barədə Nur “Vogue Arabia” üçün çəkilişlərdəki müsahibəsində bildirib.

 

2023-cü ilin iyun ayında doğuşdan əvvəl 30 yaşlı Nura nadir hallarda rast gəlinən qaraciyər və qanın laxtalanma pozğunluğu olan HELLP sindromu diaqnozu qoyulub.

 

83 yaşlı Al Paçinonun sevgilisi:  "İndi geriyə baxanda, hamiləliyimdən daha çox zövq almaq istərdim"-deyə bildirib.

 

Jurnal üçün çəkilişdə qadın ilk dəfə amerikalı aktyorun dördüncü uşağının üzünü göstərib. O, körpə ilə maşında və bağda pozalar verib.

 

Nur: "Roma Tanrının ən böyük hədiyyəsidir, o təsəvvür etdiyimdən də min dəfə gözəldir. Hər gün ona baxıram, sadəcə olaraq, çox xoşbəxt olduğumu hiss edirəm".

 

Nur Alfallah Al-Paçino ilə ilk görüşünü də xatırlayıb:

 

"Düşündüm ki, vay, bu Al Paçinodur. 

 

Qeyd edək ki, Nur və Al-Paçino körpə doğulduqdan 5 ay sonra ayrılıblar. Aktyor Nurdan olan övladı üçün aylıq 30 min dollar aliment ödəyəcək. 

 

 

Balaca Romandan başqa Paçinonun Mariya Culiya adlı bir qızı, Anton Ceyms və Oliviya Rouz adlı əkizləri var. Aktyor heç vaxt ailə həyatı qurmayıb.


2022-ci ildən bəri Nur Alfallah ilə münasibət haqqında şayiələr var idi. Övladları dünyaya gəldikdən sonra cütlüyün ayrıldığı bildirilsə də, tez-tez birlikdə görünməyə getməyə davam edirlər. Bundan başqa, Nur bəzən keçmiş sevgilisi ilə də birlikdə görüntülənir. 


Al-Paçinonun isə övladları arasında atalarının sərvətini idarə etmək üstündə məhkəmə çəkişmələri davam edir. Aktyor bunu əvvəllər qızına etibar etsə də, oğlanları narazı idi. Son məhkəmə prosesində isə, məhkəmə Al-Paçinonun sərvətini tamamilə 3-cü şəxsə (məhkəmə tərəfindən təyin edilmiş vəkilinə) etibar edib.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
5
sfera.az

10Mənbələr