AZ

"Heyvanların insanların həyatına bu qədər müdaxiləsi yolverilməzdir" - RƏYLƏR

Son zamanlarda paytaxt və ətraf ərazilərdə küçə itlərinin sayı artıb. Bu da vətənaşlar, xüsusilə də azyaşlılar üçün təhlükə yaradır. Belə halların qarşısının alınması üçün hasnı addımlar atılmalıdır? Mövzu ilə bağlı SİA-nın suallarını baytar Adil əsgərov və sosioloq Üzeyir Şəfiyev cavablandırıb.

A.Əsgərovun sözlərinə görə, hazırda bu problemlə bağlı ən düzgün və vəziyyətə uyğun çıxış yolu dünya təcrübəsindən yararlanmaqdır: “Bu o şəkildə baş verir ki, heyvanlar mərkəz və ətraf ərazilərdə müəyyən məntəqələrdə toplanır, qısırlaşdırılır, peyvəndlənir və təbiətə buraxılır. Metod müəyyən illər ərzində öz nəticəsini verir. Bu gün biz insanlar heyvanların yaşayış ərazilərini məhdudlaşdırırıqsa onların bu kimi problemləri yaranacaq”.

Baytar bildirib ki, heyvanları vəhşi təbiətdən ayıran insan özüdür: “İnsan heyvanı əhliləşdirir, öz məqsədləri üçün istifadə edir və buraxır. Təbii ki, həmin heyvanlar da müəyyən bir ərazi seçir ki, orada qidalana, müəyyən təsirlərdən qoruna bilsinlər. Bu zaman da insanlarla hansısa konflikt də yaranacaq. Yaranan konfliktləri minimuma endirmək üçün bu prosesə ehtiyac var. Burada nə öldürmək, nə də sığınacaqlara toplamaq çıxış yoludur. Dünya təcrübəsində də var ki, həmin sığınacaqlarda da heyvanlar çox yaşamır, müyyən müddət sonra tələf olurlar”.

Üzeyir Şəfiyev bildirib ki, bəzi insanlar özlərini heyvansevərlər kimi aparırlar, bu tərzi kimlərdənsə imitasiya edirlər: “Götürüb guya ev heyvanı saxlayır, sonra da küçəyə atırlar. Bu heyvanlar da insanlar üçün əlavə problemlər yaradır. Seriallardan, filmlərdən belə tərzləri götürürlər. Amma unudurlar ki, heyvanı saxlamaq, qayğısına qalmaq, onunla yaşamaq çox çətin məsələdir”.

Sosioloqun sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün əvvəlcə insanlarla iş aparmaq lazımdır: “Bu kimi həyat tərzini təqlid etmək, imitasiya eləmək düzgün deyil. Kiməsə görə belə tərzləri seçmək düzgün deyil. Küçə itlərinin yığışdırılması ilə bağlı “Toplan” cəmiyyəti məşğul olur. Amma bununla problem həll olmayacaq. Çünki onlar artımlı heyvanlardır. Problemin həlli üçün yollardan biri qısırlaşdırma prosesidir ki, bu heyvansevərlərin böyük etirazına səbəb olur. Bu heyvanları tələf etmək də olmur, çünki bu da qeyri-insani hərəkətdir. İnsanlar tərzlərini dəyişməli, təqlid etdikləri bu tərzdən imtina etməlidirlər. Mənə elə gəlir ki, heyvanların insanların həyatına bu qədər müdaxiləsi yolverilməzdir. Müvafiq qurumlar bu kimi halların qarşısını almaq adekvat addımlar atmalıdır. Təkcə Bakı ətrafında yox, paytaxtın mərkəzində də bu hadisələr baş verir. Bununla bağlı ölçü götürülməli, qarşısı birmənalı şəkildə alınmalıdır”.

Müəllif: Rəşid Qarayev
Seçilən
118
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4517
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3944
Bu yol qovşağında təmir işləri aparılacaq
3420
Bakıda hoteldə yanğın başlayıb
2926
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
2047
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1880
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1715
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1672
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1604
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1433
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1417
Azərbaycan nefti ucuzlaşıb
1385
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1354
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1339
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1161
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1159
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1113
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1109
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1048
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
955