AZ

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək

Con Kerri martın 6-da ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək.

"Report" xəbər verir ki, bu barədə "The Hill" qəzeti Kerrinin mətbuat katibinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 6 mart Kerrinin iqlim üzrə xüsusi nümayəndə kimi sonuncu iş günü olacaq. Mətbuat katibi onun gələcək planları barədə heç nə deməyib.

“The Hill” onun Yale Universiteti ilə əməkdaşlığa başlayacağını güman edir.

“Axios” portalının məlumatına görə, Kerri Baydenin seçki kampaniyasının qərargahında işə başlayacaq. İqlim üzrə xüsusi nümayəndə postunu isə Prezidentin innovasiya və təmiz enerji layihələri üzrə baş məsləhətçisi Con Podesta tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
27
report.az

10Mənbələr