AZ

Alla Puqaçova “P. S.” adlı yeni albom buraxıb

Müğənni Alla Puqaçova “P. S.” adlı yeni albom buraxıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, alboma müğənninin 2019-cu ildə Kreml Sarayındakı konsertində səsləndirilmiş 20 mahnısı daxil edilib. Onların arasında “Yuxuya bənzəyən sevgi”, “Oxuyan qadın”, “Şam yanırdı” və digər populyar kompozisiyalar var.

Yeni albomun üz qabığında Alla Puqaçovanın ukraynalı prodüser Natella Krapivina ilə birlikdə çəkildiyi ağ-qara fotoşəkil var. Eyni fotodan müğənninin 2019-cu ilin noyabrında Minskdə baş tutan konsertinin afişasında da istifadə olunub.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
8
konkret.az

6Mənbələr