AZ

Azərbaycan və Rusiya XİN başçıları Türkiyədə görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

“İki sahil” xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onların müzakirə etdikləri məsələlər hələ ki açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl, Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla da görüşüb.

Seçilən
27
14
ikisahil.az

10Mənbələr