AZ

Növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

2-3 mart tarixlərində Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkada ümumilikdə 20-dən artıq rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar yarmarkada fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Seçilən
151
23
vergiler.az

10Mənbələr