AZ

Erməni kilsəsi konstitusiya məsələsində Paşinyana müharibə elan etdi...

Image

Ramil Hüseynov: “Erməni kilsəsi cəmiyyəti bütün vasitələrlə revanşa kökləyir”

Erməni kilsəsinin Azərbaycanla bağlı düşmənçiliyi səngimir. Ermənilərin katolikosu II Qareginin rəhbərlik etdiyi Ali Ruhani Şuranın genişləndirilmiş iclasında Ermənistanın yeni Konstitusiyasının qəbulu təşəbbüsü son dərəcə şübhəli hal kimi dəyərləndirilib.

İclasda qeyd olunub ki, Ermənistanın müxtəlif yüksək rütbəli məmurlarının, eləcə də Azərbaycan prezidentinin yeni Konstitusiyanın qəbulu ilə bağlı tezisləri mövcud şübhələri daha da dərinləşdirir: “Ermənistan Respublikası Konstitusiyasının əsasının milli-mənəvi həyatının, xalqımızın əziz keçmişinə dair xatirələrin və hadisələrin, milli arzu və arzularımızın rəmzləri olduğunu vurğulayan şura üzvləri hər hansı bir alçalmanı və ya etinasızlığı qəbuledilməz hesab ediblər. Bu baxımdan Ermənistanın yeni Konstitusiyasının qəbulu təşəbbüsü son dərəcə şübhəlidir”.

“Bunların dinlə, dindən irəli gələn mütərəqqi ideyalarla heç bir əlaqəsi yoxdur” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bütün bunlar Kilsənin xəstə, revanşist xislətindən irəli gəlir: “Əvvəla, Erməni kilsəsi tarixən bizə qarşı düşmənçilik siyasəti yeridib. Bunların dinlə, dindən irəli gələn mütərəqqi ideyalarla heç bir əlaqəsi yoxdur. Bunlar dindən Azərbaycana qarşı bir düşmənçilik vasitəsi kimi istifadə edirlər. Birinci Qarabağ müharibəsində ərazilərimiz işğal olunanda erməni din xadimləri başda gedirdilər. Erməni quldurları terrora səsləyirdilər. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsində biz qalib gəldik, ərazilərimizi azad etdik, amma yenə də Erməni kilsəsi bununla barışmır. Erməni cəmiyyətini bütün vasitələrlə revanşa kökləyirlər. Onların da başında ermənilərin katolikosu II Qaregin dayanır. Kilsənin Konstitusiya dəyişikliklərinə qarşı çıxması əsla təəccüblü deyil. Çünki Konstitusiya dəyişsə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ortadan qalxsa, o zaman Kilsənin revanş təbliğatı fiaskoya uğrayar. Bu məqsədlə dünyadakı erməni lobbilərindən milyonlar qopara bilməzlər. Məgər onlar bilmirlər ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi, Türkiyə ilə münasibətlərin normallaşması həm də Konstitusiyanın dəyişməsindən keçir? Çox yaxşı bilirlər. Sadəcə, Kilsə bunu istəmir. Çünki onlar sülhün bərqərar olmasında maraqlı deyillər. Məhz bu səbəbdən Paşinyan hakimiyyətinə qarşı müxalif mövqedə dayanıblar. İstənilən kompromisi hakimiyyətin Azərbaycanla sövdələşməyə getməsi kimi təqdim edirlər”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
5
baki-xeber.com

10Mənbələr