AZ

Arda Gülər “Real”dakı gələcəyi ilə bağlı qərar verdi

"Real"ın yarımmüdafiəçisi Arda Gülər klubdakı gələcəyi ilə bağlı qərar verib.

Axar.az xəbər verir ki, futbolçu ​​növbəti mövsümdə komandada qalmaq və əsas heyətdə yer almaq üçün mübarizə aparmaq qərarına gəlib.

Buna baxmayaraq, türk yarımmüdafiəçinin 1 illik icarə əsasında Avropa klublarından birinə getməsi ehtimalı hələ də qalmaqdadır.

Qeyd edək ki, ​​ötən yay "Fənərbağça"dan "Real"a keçən Gülər, bu mövsüm cəmi 3 matçda meydana çıxıb.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
8
axar.az

9Mənbələr